Bakıda daha bir evi sökməyə cəhd ediblər: 'Bu qədər özbaşınalıq olarmı?'
İyunun 25-də bir qrup şəxs Bakının mərkəzində - Bəşir Səfəroğlu və Zərgərpalan küçələrinin kəsişməsində yerləşən tikilini sökməyə cəhd edib. Sakinlər isə binanın tarixi əhəmiyyətli olduğunu deyib sökülməsinə etiraz ediblər: "Buradan padşahımıza, vitse-prezidentə deyin ki, biz heç yerə getmək istəmirik".